Xəzər dənizinin sahilini çirkləndirən 14 nəfər məsuliyyətə cəlb olunub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Qaradağ, Xətai, Xəzər və Binəqədi, Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.
Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla, ümumən 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb. pizza
Telegram kanalımız