Milli Məclisin deputatı Ceyhun Məmmədov şəhid ailələri, Qarabağ qaziləri, sosial müdafiəyə ehtiyacı olan insanlarla görüşlərini davam etdirir.
Yenisabah.az xəbər verir ki, Ceyhun Məmmədov bu gün əslən Cəbrayıl rayonundan olan 15 yaşlı şəhid Samir Əliyevin anası Aminə Əliyevanı ziyarət edib. Şəhidin Qaradağ rayonununun Müşfiq qəsəbəsində məskunlaşan anasına baş çəkən millət vəkili onu qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.
Öz növbəsində Aminə Əliyeva Ceyhun Məmmədovu deputat seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Toyuqlu pizza
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan şəhid ailələri, Qarabağ qaziləri, xəstə insanlar, aztəminatlı ailələrin problemlərini daim diqqətdə saxlayacaq, onlarla bu cür görüşləri davam etdirəcək.
Görüşdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP-ın Cəbrayıl təşkilatının sədri Arif Fərzəliyev də iştirak edib.
Xatırladaq ki, “Tiqana” ləqəbli Samir Əliyev Azərbaycanın ən gənc şəhididir. O, 9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Samir Əliyev 15 avqust 1993-cü ildə Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Telegram kanalımız