Deputat 150-dən çox aztəminatlı ailəyə tibbi ləvazimat göndərib 

saytların hazırlanması

Evə çatdırılma

Deputat 150-dən çox aztəminatlı ailəyə tibbi ləvazimat göndərib 

Sosial

08 May 2020 17:44 920


"Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 10 gündə Tovuz rayonundan olan 250-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb"

Yenisabah.az xəbər verir ki, bu barədə Qənirə Paşayeva özü sosial şəbəkədə məlumat yayıb. Deputat bildirib ki, müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə müvafiq qurumlara rəsmi müraciətlər göndərilib: "Müzakirələr zamanı seçicilər ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparılıb". 

Millət vəkili eyni zamanda qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.  Sezar pizza

Həmçinin Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə 150-dən çox aztəminatlı ailəyə maska və tibbi-gigiyenik vasitələr göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!