Deputat 3 uşağı olan anaların erkən pensiyaya çıxma təklifini təkrarladı

saytların hazırlanması

Evə çatdırılma

Deputat 3 uşağı olan anaların erkən pensiyaya çıxma təklifini təkrarladı

Sosial

20 Noyabr 2025 16:05 546


3 və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: Dördpendirli pizza

“Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar”.

“Əmək pensiyaları haqqında” qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!