Deputat 300-ə yaxın seçicisi ilə görüntülü danışıb

saytların hazırlanması

Evə çatdırılma

Deputat 300-ə yaxın seçicisi ilə görüntülü danışıb

Siyasət

07 İyun 2020 13:49 848


MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva son 15 gündə 300-ə yaxın seçicisi ilə online şəkildə görüntülü danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib. 

Yenisabah.az xəbər verir ki, bununla paralel olaraq, deputatın köməkçisi tərəfindən 350-dən çox müraciət dinlənilib.

Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.  pizza hut

Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!