Deputat AYNA-nı “yıxdı-sürüdü”: “Aynaya baxsın ki...”

saytların hazırlanması

Evə çatdırılma

Deputat AYNA-nı “yıxdı-sürüdü”: “Aynaya baxsın ki...”

Sosial

27 Avqust 2025 14:48 3127


“Bu qurumun fəaliyyəti ilə bağlı hansısa razılıq ifadə etmək mümkün deyil. Çünki hamımız tıxacda qalırıq. Mənə elə gəlir ki, AYNA əvvəlcə öz "aynasına" baxmalıdır və real vəziyyəti görməlidir. Bakı şəhərində hərəkət etmək mümkün deyil. Alternativlər haqqında düşünülməlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

O bildirib ki, AYNA bütün məsələləri vətəndaşların üzərinə yükləyib, vətəndaşı çətin vəziyyətdə qoymaq anlayışından uzaq durmalıdır: pizza sifarişi

“Cərimələri bu qədər artırırlar, nə olsun? 

Bu vəsait vətəndaşların cibindən çıxır. Prezident bunlara inanaraq, səlahiyyət verərək hansısa problemin həllini tapşırıbsa, bu işə daha məsuliyyətli yanaşmalıdırlar, vətəndaş məmnunluğunu təmin etməlidirlər.

Bu məsələ çox ciddi və ictimai narazılıq yaradan məsələdir. Ən böyük məsuliyyət bu qurumun üzərinə düşür, bu qurum da öz məsuliyyətini başa düşərək problemin həlli üçün konkret addımlar atmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xaqani
    Bəli bu kimi xəbərlər çox yayılmalıdır. AYNA-nın işi milləti soymaqdır. Dayanacaqda avtomabilə nəsə olursa əməkdaşdan soruşursan deyir mən bu dayanacaqa nəzarət edirəm sənin maşnına deyil. Mən Neftçilər xəstəxanasına təcili adam apardım bilmədim xəstənin hayına qalım yoxsa cərmənin. Heç güzəşdə olunmur. Bu qurum ləğv olunmalıdır. 2 dənə xətt çəkib pul yığırlar.
    9 months ago