Deputat: “Azərbaycan vətəndaşı olub qanı erməniyə məxsus 5 nəfər...”

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Azərbaycan vətəndaşı olub qanı erməniyə məxsus 5 nəfər...”

Siyasət

29 Oktyabr 2024 12:24 829


"Adı-soyadına görə Azərbaycan vətəndaşı olan , amma qanı və DNK-sı erməniyə məxsus 5 nəfər 3 min şəhidimizin adını Vikipediyadan çıxarıb".

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

"Hətta bununla da kifayətlənməyib Türkiyə Vikipediyasından da çıxarılması ilə bağlı müraciət edib. Onlar bir az irəli gedərək Xocalı qurbanlarının da adının Vikipediyadan çıxarılmasını tələb ediblər. pizza mizza

Aydındır ki, bununla ciddi mübarizə aparmalıyıq. Şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilər?! Hansı məlumat bundan üstün ola bilər?! 

Aidiyyəti orqanlar bununla məşğul olmalıdır ki, başqa məlumatlarımızı ensiklopedik olmadığını bəhanə edərək silməsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!