Deputat Bakı ilə daimi əlaqələrin qurulması prosesindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Deputat Bakı ilə daimi əlaqələrin qurulması prosesindən danışdı

Dünya

13 Avqust 2025 16:41 394


ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanan bəyannamədə həm Yerevan, həm də Bakının ikitərəfli münasibətlər qurmağa hazır olduqlarını təsdiq edən bənd var.

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasından olan deputat, parlamentin Xarici Əlaqələr üzrə daimi komitəsinin üzvü Asmik Akopyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanla iqtisadi, sosial, idman və mədəni əlaqələrin qurulması asan olmyacaq: Dördpendirli pizza

"Bizim cəmiyyətləri hazırlamaq öhdəliyimiz var. Bəli, bəlkə bu gün deyil. Bəlkə bir neçə ildən sonra. Amma bu, uşaqlarımızın və nəvələrimizin dincyaşaması üçün edilir. Hazırda bunun üçün lazımi zəmin yaradırıq".

Akopyan belə addımların yeni tənqid dalğasına səbəb ola biləcəyini dərk edir:

"Amma addımlarımızın düzgün olduğuna əminik. Əsas odur ki, bizim real dünyamız var. Həm biz, həm də Azərbaycan bunu şüurlu şəkildə edəcək, çünki başa düşürük ki, nədənsə başlamaq lazımdır. Aydındır ki, belə şeylər dərhal və bir gecədə edilmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!