Deputat Baş Nazirə karantin rejimi ilə bağlı müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat Baş Nazirə karantin rejimi ilə bağlı müraciət etdi

İqtisadiyyat

16 Dekabr 2020 01:31 1192


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına yenidən baxılması xahişi ilə Baş nazir Əli Əsədova müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

O bildirib ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra etmişdilər: “Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməmişdi. Pepperoni pizza

Maarifləndirmə, ictimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyəti əhəmiyyətini nəzərə alaraq qeyri-hökumət təşkilatlarının (ictimai təşkilatların) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədə uyğun olardı. Ümid edirəm ki, qeyri-hökumət təşkilatları da, sərt karantin müddətində fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!