İctimai fəal Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
Yenisabah.az xəbər verir ki, buna səbəb deputat Fazil Mustafanın ictimai fəaldan polisə şikayət etməsidir. Məlumata görə, Bəxtiyar Hacıyev idarənin ağır cinayətlər üzrə istintaq şəbəsinə dəvət edilib. Hazırda onun BŞBPİ-də olduğu bildirlir.
Xatırladaq ki, “Yasamal hadisələri”nə görə Bəxtiyar Hacıyevlə Fazil Mustafa arasında gərginlik yaranmışdı. Tərəflər bir-birlərinin ünvanlarına müxtəlif ittihamlar səsləndirmişdilər. Dominos pizza
Telegram kanalımız