“Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına xüsusi təsiri olmayacaq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov “Facebook” hesabında yazıb.
O qeyd edib: pizza mizza
“Radikal “Taliban” qruplaşması 2 dekabrdan sonra yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirdi. İnsanların bir qisminin ölkəni tərk etmək üçün beynəlxalq hava limanına üz tutduğu Əfqanıstan iqtisadiyyatı son silahlı çevrilişədək inkişaf dövrünü yaşayırdı. 20 il öncə “Taliban” silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar idisə, ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi.
Doğrudur, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir. Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldılmışdı. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatı formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlarla yenidən əlaqələri inkişaf etdirə bildi. Həmçinin 2016-cı ildə Dünya Ticarət Təşkilatına üzv oldu. İlkin proqnozlara görə, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir.
Azərbayan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir. Əfqansıtanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu, əvvəlki illə müqayisədə 2 dəfəndən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən 275 milyon dollardan çox olub.
Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusı təsirləri olmayacaq.
Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra Qərb ölkələrinin seyirci olduğu bu xəmir hələ çox su aparacaq”.
Telegram kanalımız