Deputat: Ermənistan sərhəddə çoxsaylı hərbi obyekt tikib

saytların hazırlanması

Evə çatdırılma

Deputat: Ermənistan sərhəddə çoxsaylı hərbi obyekt tikib

Siyasət

24 Aprel 2025 11:51 243


“Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan tərəfindən Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyektlər tikilib”.

Yenisabah.az apa-ya istindla xəbər verir ki, bunu Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.

O bildirib ki, bu faktlar müşahidələr əsasında toplanıb: Dominos pizza

“Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası müharibədən sonra peyk görüntülərindən istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədində və Ermənistan-İran sərhədində baş verənlərlə bağlı təhlillər aparıb, təhlillər Aİ-nin gəlişinə qədər və gələndən sonrakı dövrü əhatə edib. 2020-2022-ci ilə ərzində Ermənistan sərhəddə 20-yə yaxın hərbi təyinatlı tikili inşa edilib. 2022-ci ildən Ermənistana Aİ missiyasının gəlişindən sonra isə sərhəddə 70-yə yaxın hərbi təyinatlı obyektlərdə tikinti və yenilənmə işləri aparılıb. Bunların çoxu Sünik, Tavuş, Ararat və digər sərhəd bölgələrindədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!