Deputat: İcazə verin köçkünlər özləri ev tiksin

saytların hazırlanması

Evə çatdırılma

Deputat: İcazə verin köçkünlər özləri ev tiksin

Sosial

30 May 2025 11:55 409


Deputat keçmiş məcburi köçkünlərə öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsi istəyir.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Razi Nurullayev təklif edib.

O bildirib ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin: pizza hut

"İnanıram ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastrukturu yaratsın, ev tikintisinin isə qanuni çərçivədə vətəndaşların özləri tərəfindən aparılmasına icazə versin.

Bu dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Bu üsulla dövlət vəsaitinə 50% qənaət etmiş olarıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ƏSAS QƏNAƏT BELƏ təyin edilən " deputat" - ların ixtisarından OLAR.
    12 months ago