Deputat karantin qaydalarını belə pozdu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Deputat karantin qaydalarını belə pozdu - Fotolar

Siyasət

28 İyun 2020 17:38 1167


Koronavirus pandemiyasının Azərbaycanda da yayılması səbəbindən ölkədə xüsusi rejimli karantin vəziyyəti elan olunub. 

Yenisabah.az xəbər verir ki, xüsusi rejimli karantin vəziyyətində bir sıra qaydalar tətbiq olunub ki, bu qaydalardan biri də insanların ictimai yerlərdə, görüşlərdə ara məsafəsinin qorunması, tibbi maskalardan istifadə olunmasıdır.

78 saylı Lerik Seçki Dairəsindən deputat seçilmiş İqbal Məmmədov görüşlərinin birində tibbi maskadan düzgün istifadə etməyib və ara məsafəsinin gözlənilməsinə riayət etməyib. Eyni zamanda, onunla görüşən şəxslərin əksəriyyəti belə tibbi maskadan istifadə etməyib. Dördpendirli pizza

Qeyd edək ki, İqbal Məmmədov “Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsi ilə bir müddət əvvəl də gündəmə gəlmişdi.

/Baxar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!