Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı köməkçisini təsdiqlədə bilmədiyini deyib.
Yenisabah.az-ın məlumatına görə, S.Rüstəmxanlı bildirib ki, köməkçisi Neftçalada yaşayır.
“Biz onlayn şəkildə iclaslar keçiririksə, deputat köməkçilərinin təsdiq edilməsini də onlayn formada həll edə bilərik”, - deyə o əlavə edib. pizza mizza
Milli Məclisin sədri Sahibə Qafarova isə cavab olaraq qeyd edib ki, deputat köməkçilərinin sənədləri tam olaraq hazır deyil. Milli Məclis Aparatı bu məsələni həll edib sənədlərlə bağlı çatışmazlıqları aradan qaldırsın”. /Oxu.az
Telegram kanalımız