Ermənistan Milli Məclisinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryanla İrəvanın Tiqranyan küçəsində kartof satan sıravi bir erməni arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
“Hadisə ilə bağlı deputatdan məlumat daxil olub, deputat zərərçəkmiş kimi tanınıb bir nəfər həbs edilib”, - İstintaq Komitəsindən bildirilib. pizza hut
Qeyd olunur ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin xuliqanlıq maddəsinin 297-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.
Telegram kanalımız