Deputat Mahir Abbaszadə Avropa çempinoatının mükafatçıları ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Deputat Mahir Abbaszadə Avropa çempinoatının mükafatçıları ilə görüşdü

İdman

29 Aprel 2022 14:27 424


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə Avropa çempionatının mükafatçıları, Laçın rayonundan olan Kənan və Kamil Babayev qardaşları ilə görüşüb. 

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Kənan Babayev qızıl medal, Monteneqronun Budva şəhərində keçirilən  gənclər  arasında Avropa çempionatında isə Kamil Babayev bürünc mükafat qazanıb.

Prezident İlham Əliyevin gənc nəslin sağlam böyüməsinə, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olması üçün şərait yaradılmasına böyük diqqət və qayğı göstərdiyi bildirilib. Bunun nəticəsində ölkəmizdə idmanın bütün sahələri üzrə dinamik inkişaf müşahidə edilir. Regional və beynəlxalq idman yarışlarında atletlərimizin Vətənə qələbə ilə qayıtması, bayrağımızın zirvədə dalğalanması hər birimizə qürur verir. Diqqətə çatdırılıb ki, idman uşaqların və yeniyetmələrin mənəvi-əxlaqi və fiziki sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. pizza sifarişi

Avropa çempionatındakı uğurlarına görə idmançılara Mahir Abbaszadənin təşəkkür plaketi və qiymətli hədiyyələr təqdim olunub.

Görüşdə idmançıların valideyni Beyrək Babayev və gənclərdən ibarət  yığma komandanın baş məşqçisi  Elbrus Rzayev də iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!