Deputat Manaf Ağayevin həbsinə görə DİN-ə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat Manaf Ağayevin həbsinə görə DİN-ə təşəkkür etdi

Maraqlı

18 Fevral 2022 16:38 2188


“Müğənni, müəllim və ya həkim qaydaları pozursa, dövlət qurumları qanun çərçivəsində addım atmalıdır. Hamı qanun qarşısında bərabərdir”.

Yenisabah.az xəbər verir ki, bunu Modern.az-a deputat Fazil Mustafa işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən müğənni Manaf Ağayevin həbs olunmasına münasibət bildirərkən deyib.

Deputat buna görə Daxili İşlər Nazirliyinə (DİN) təşəkkür edib: pizza mizza

“Müğənni, müəllim, həkim və digərləri qaydanı pozursa, buna qarşı  dövlət qurumları addımlar atmalıdır. Belə bir addım atıblarsa, Daxili İşlər Nazirliyinə təşəkkür etmək lazımdır. Bu, onu göstərir ki, heç kimə fərq qoymadan eyni cür davranılır. Burada narahatlığa əsas yoxdur. Hesab edirəm ki,  çox düzgün yanaşma olub. Mən bunu təqdir edirəm”.

Xatırladaq ki, müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan video geniş müzakirə obyektinə çevrilib.

Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq müğənnini məsuliyyətə cəlb edib. Bu gün məhkəmənin qərarı ilə Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasında məhkum olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cabbar
    Bəs bilmək istərdim onlara kim o şəraiti yaradıb ki onlar ora səfər edib.və ya göydən düşüblər ora onda bel çıxır ki
    4 years ago