Deputat “McDonalds“ın ünvanına gileyləndi: “Orduya kömək etməyib“

saytların hazırlanması

Evə çatdırılma

Deputat “McDonalds“ın ünvanına gileyləndi: “Orduya kömək etməyib“

Maraqlı

28 Mart 2023 15:06 690


"Azərbaycanda əksər xarici şirkətlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusuna yardım göstərdi. Ancaq “McDonalds” şirkətinin Ordumuza yardım etməsi barədə hələ eşitməmişəm. Bu şirkətin yardım edib və ya etməməsi sual altındadır".

Yenisabah.az Demokrat-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, “McDonalds”-ın Azərbaycanda kifayət qədər şəbəkəsi var: pizza

"Düşünmürəm ki, Azərbaycanda elə bir şəbəkə olsun ki, müharibə dövründə Ordumuza yardım göstərməsin. İstər əhali, istər şirkətlər, istərsə də təşkilatlar, hamısı 44 günlük Vətən müharibəsi dövründə dövlətimizin yanında olub və yardım göstəriblər. Amma "McDonalds"ın Ordumuza yardım göstərib-göstərməməsi bəlli deyil".

V.Əhmədov qeyd edib ki, "McDonalds" şirkətini bağlamaq düzgün deyil:

"Rusiyada "McDonalds" şirkəti bağlandı, yeni əvəzləmə aparıldı. Ancaq söhbət əvəzləməkdən getmir. "McDonalds" cəmiyyət arasında tanınmış bir şirkətdir və kifayət qədər də alıcısı var. Ona görə də, bağlanmasına razı deyiləm. Amma niyə yardım etməyib? Onu araşdırmaq lazımdır. Bəlkə yardım ediblər, bizim məlumatımız yoxdur. İnanmıram ki, Azərbaycanda olan hər hansı şirkət yardım etməsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!