Deputat Milli Məclisdəki “davadan” danışdı: “Spiker mənə dedi ki...”

saytların hazırlanması

Evə çatdırılma

Deputat Milli Məclisdəki “davadan” danışdı: “Spiker mənə dedi ki...”

Siyasət

11 Oktyabr 2025 18:56 4134


Deputat Səyyad Aran Milli Məclisdə çıxış etmədən əvvəl çətinlik çəkdiyini bildirib. O qeyd edib ki, müxtəlif kombinasiyalardan istifadə etsə də, çıxış siyahısına düşə bilmir.

Milli Məclisin sədri Sahibə Qafarova isə cavab verərək vurğulayıb ki, hər kəs danışmaq istəyir, lakin bəziləri çıxış edə bilir, bəziləri isə yox.

Bu qısa dialoqdan sonra Səyyad Aran vətəndaş müraciətlərinə cavab müddətinin 30 gündən 10 günə endirilməsi təklifini irəli sürərək, operativliyin artırılmasının vacibliyini diqqətə çatdırıb. Toyuqlu pizza

Sosial şəbəkələrdə isə bu məsələ fərqli istiqamətdə şərh olunur. Belə ki, bir qism izləyici onu spikerlə deputat arasında mübahisə kimi dəyərləndirib.

Globalinfo.az-a danışan deputat Səyyad Aran spikerlə arasında mübahisənin yaşanmadığını bildirib.

Onun sözlərinə görə, Sahibə Qafarova ona dəstək olub:

“Aramızda heç bir mübahisə olmayıb. Əksinə, spiker mənə dəstək olaraq dedi ki, şəxsən özü məsələ ilə maraqlanacaq, görsün, niyə müraciətlərimə cavab verilmir. Belə müsbət aura, xoş münasibət olub. Burada heç bir mübahisədən söhbət gedə bilməz”.

Deputat bildirib ki, Milli Məclisdə çıxış edə bilmək üçün hər kəsə bərabər şəkildə şərait yaradılır:

“Kimin anında düşüb-düşməməsi, düyməni basıb-basmaması şəxsin öz günahıdır. Düyməni vaxtında basa bilmədiyi üçün danışa bilmirlər. Bu, o demək deyil ki, kiməsə şərait yaradılmır. İnanın, ortada heç bir mübahisə olmayıb. Belə məlumat yayanların niyyəti qalmaqal, sensasiya yaratmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Niyaz
    Mənim yazdıqlarim isiqlandirılsa xaiş edirəm elektron poçtama göndərin
    7 months ago
  • Niyaz
    Deputatimızdan haqqı yazmışam deyə paylaşmadız? Tiktok fcbokda paylaşaram
    7 months ago
  • Niyaz
    Bizim əraziyə 1995 təvəllüdlü mahir süleymanlı deputat seçilib. Onu bizim ərazidə hələ ki,tanıyan yoxdur. Niyə görə gəlib bir kərə bizim ərazidə millətlə görüs keçirməyir? Dəvəcidəndir bu qədər əlil,xəstə,veteranlar var hansı birimizə əl tutub? Fcbokda da məni bloka salıb niyə? Haqqı tələb edirəm ona görə.xais edirəm bunu isıqlandirın qoy gedib özünə də catsın. Belə deputat olmaz e.
    7 months ago
  • Niyaz
    Əyər çıxış edə bilməyirəm də,nə hansı adla deputatlıq edirsən?
    7 months ago