Deputat Müdafiə Nazirliyini qınadı

saytların hazırlanması

Evə çatdırılma

Deputat Müdafiə Nazirliyini qınadı

Siyasət

17 Mart 2026 12:02 484


Qüdrət Həsənquliyev martın 16-da Bakıda müşahidə olunan PUA ilə bağlı rəsmi məlumatlandırmanın verilməməsini tənqid edib.

"Yeni Sabah" anews.az-a istinadla xəbər verir ki, deputatın sözlərinə görə, müvafiq qurumlar ictimaiyyətə operativ izahat çatdırmayıb.

O bildirib ki, dövlət orqanlarının əsas vəzifələrindən biri vətəndaşları vaxtında və dəqiq informasiya ilə təmin etməkdir: pizza mizza

“Belə hallarda məlumat verilməməsi çoxsaylı şayiələrin yayılmasına səbəb olur və bu da dövlət qurumlarına inama mənfi təsir göstərir”.

Q. Həsənquliyev qeyd edib ki, dövlət orqanları ictimaiyyəti vaxtında məlumatlandırmalı, yaranan suallara aydınlıq gətirməlidir. Deputat əlavə edib ki, onun bu çıxışının Müdafiə Nazirliyinə çatdırılması məqsədəuyğundur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!