Deputat nazirin qalmaqallı qərarına etiraz etdi - Onlara şans verin!

saytların hazırlanması

Evə çatdırılma

Deputat nazirin qalmaqallı qərarına etiraz etdi - Onlara şans verin!

Sosial

17 May 2025 10:42 4155


"Bir çox həmkarımın dilə gətirdiyi məsələni cənab nazirin diqqətinə çatdırmaq istəyirəm. Qanunların bəzən sərt olması problemlər yaradır".

Medicina.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin ötəngünkü iclasında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanları dünyada mövcuddur. Amma sertifikasiya imtahanına girmədən əməliyyatın ortasında "etmə, haqqın yoxdur", deyərək bir tələbin ortaya qoyulması, səhəri gün xəstənin əlindən alınması ciddi təzadlar yaradır: Dördpendirli pizza

"Əslində qanunun bizə ehtiva etdiyi bəzi məqamlar var ki, bunlar birmənalı olaraq xəstəxanaların və tibb müəssisələrinin mexanizminə ciddi zərər vurur. Avropada, inkişaf etmiş ölkələrdə heç bir imtahana görə iş fəaliyyəti dayandırılmır. Belə bir şey olmur. Bu, həm tibbi xidmətin keyfiyyətli keçirilməsinə zərər verir, həm də insanın hüquq və azadlığına qarşı olan hadisədir. Bəli, imtahan keçirilsin, imtahandan sonra ikinci, üçüncü şans da verilsin. Qanunvericilikdə də göstərilib. Amma onu işdən uzaqlaşdırmaq nə bizim islahatların gündəliyinə, nə bizim real resurslara uyğun deyil. Bu məsələ müzakirə olunmalıdır".

R.Mahmudov qeyd edib ki, yeni qərarlar verilməlidir:

"Biz həkimləri və səhiyyə işçilərini sıxışdırdıqca nəticə əldə edə bilməyəcəyik. Onlarla müzakirə aparmalıyıq..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud
    Həkimlərin sertifikasiyası boş bir işdir, ləğv olunmuş ABU-nu bitirən savadsız həkimlə ATU-nu bitirənlər arasında heç bir fərq qoyulmur, çox ədalətsiz yanaşmadır. Ən yaxşısı əgər həkimin savadını artırmaq istəyirsizsə, müasir maarifləndirmə və yeni ixtiralar haqqında kurslar təşkil olunsun və həmin kursa aid sertifikatlar verilsin, savadlanmaq ancaq kurslarla mümkündür. Pul verib sertifikasiyadan keçən həkimlərdən niyə söhbət açılmır?
    12 months ago
  • RAHİM
    HÖRMƏTLİ RƏŞAD HƏKİM SİZ NECƏ " deputat" TƏYİN edilirsinizsə HƏKİMLƏR, müəllimlər də elə İMTAHAN verirlər. YAXŞI OLARDI Kİ birinci növbədə Nazirlik İŞÇİLƏRİ, səhra isə HƏKİM və müəllimlər İMTAHAN versinlər.
    12 months ago