Deputat nəvə toyundan danışdı: “Getməmişəm”

saytların hazırlanması

Evə çatdırılma

Deputat nəvə toyundan danışdı: “Getməmişəm”

Siyasət

30 Avqust 2020 11:06 2019


AMEA prezidenti, Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən şəxslərlə bağlı yeni video yayılıb.

Axar.az xəbər verir ki, Meydan TV video ilə bərabər, toyda iştirak edənlərin yeni siyahısını da tirajlayıb.

Daha öncə adları yer alan şəxslərdən bəziləri toyda iştiraklarını təkzib ediblər. Bu şəxslərdən biri də Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır. pizza hut

Qeyd edək ki, A.Naxçıvanlı da toyda iştirakını təkzib etmişdi. Mediaya açıqlamasında deputat bildirmişdi ki, nə o toya dəvət olunub, nə də iştirak edib:

"Karantin rejimi ilə bağlı dövlət başçımızın göstəriş və tövsiyələri var. Mən də səs verdiyim qanunlara hörmətlə yanaşıram və hər bir qanuna da əməl edirəm. Hətta təəssüflə bildirirəm ki, ən yaxınlarımın belə dəfn və yas mərasiminə getməmişəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!