Deputat: O boyda qəsəbədə mədəniyyət evi yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Deputat: O boyda qəsəbədə mədəniyyət evi yoxdur

Sosial

20 Noyabr 2025 12:30 457


Sumqayıt şəhərindəki kitabxanaların ciddi təmir işlərinə ehtiyacı var.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, şəhərdəki kitabxanaların döşəmələri artıq yararsız hala düşüb: "Əsas problemlərdən biri isə budur ki, Cəfər Cabbarlı adına Mədəniyyət Evi bu gün qəzalı vəziyyətdədir. Halbuki bu mədəniyyət evi tarixi abidə olaraq qorunmalıdır". Dominos pizza

E. Akimova qeyd edib ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində də mədəniyyət sahəsi ilə bağlı eyni hal yaşanır: "40 000-dən çox əhalisi olan qəsəbədə bir dənə də olsun mədəniyyət evi yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!