Deputat: O cür televerlişlərin yayımı dayandırılsın

saytların hazırlanması

Evə çatdırılma

Deputat: O cür televerlişlərin yayımı dayandırılsın

Sosial

30 May 2025 12:47 349


Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

O deyib ki, bu gün boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur: Dördpendirli pizza

“Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AİLƏ KOMİTƏSİNİN HEÇ BİR FAYDALI FƏALİYYƏTİ YOXDUR. BU KOMİTƏ BÜDCƏDƏN MƏNİMSƏDİYİ MƏVACİB MÜQABİLİNDƏ FAYDALI İŞ GÖRSƏYDİ TELE KANALLARDA ZAURLAR, XOŞQƏDƏMLƏR. VƏ LALƏLƏRİN VERİLİŞLƏRİNƏ EHTİYAC OLMAZDI..
    12 months ago