Deputat pensiyasının ümidinə qalmış ev-muzeyi? -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Deputat pensiyasının ümidinə qalmış ev-muzeyi? - FOTOLAR

Mədəniyyət

17 Fevral 2025 13:00 1080


AYB sədri Anar bu yaxınlarda Xalq yazıçı Rəsul Rzanın Ev-muzeyinə laqeydlikdən şikayətlənmişdi. “Bir deputat pensiyam var, onun hesabına atamın ev-muzeyini təmir etdirirəm”.

“Yeni Sabah” olaraq şikayətin nə dərəcədə əsaslı olmasını araşdırmaq üçün əməkdaşımız lazımi ünvana – Rəsul Rza və Nigar Rəfibəyli küçələrinin kəsişməsində yerləşən muzeyə yollanıb. 

Köhnə bakılıların “Passaj” adlandırdığı məşhur binada yerləşən muzeyin qapısını döydüm. Dominos pizza

Qapını açan qadın özünü təqdim etmədən girişimə sədd çəkdi, yalnız təmir işlərinin aparıldığını təsdiqləyərək, əlavə məlumat verməkdən imtina etdi. 

Qısaca dediyi bu oldu ki, təmirlə bağlı nə sorğu-sual varsa, Mədəniyyət Nazirliyinə rəsmi məktub ünvanlanmalıdır. Yalnız bu prosedur yerinə yetirildikdən və müvafiq icazə verildikdən sonra muzeyə daxil olmaq imkanımız olacaq.

Bunu necə anlayaq? Muzey bürokratiyası? 

Əgər təmiri Anarın özü və öz vəsaiti hesabına aparırsa, Mədəniyyət Nazirliyindən icazə nəyə lazım?

Ev-muzeyində təmir və Xalq yazıçısı Anarın iradları ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu isə əslində, hələ keçən həftə lazımi ünvana göndərilib. Fəqət nazirliyin bu işə məsul şəxsləri hələ tələsmir, deyəsən, “ay keçər, il dolanar” prinsipi ilə işləyirlər.

Xatırladaq ki, Anar Rəsul Rzanın ev-muzeyindən başqa digər mədəniyyət obyektlərinə də lqeydlikdən şikayətlənmişdi

“Bu laqeydlik təkcə Rəsul Rzanın ev-muzeyi ilə bağlı deyil. Cəfər Cabbarlının da ev-muzeyi hazırda yox kimidir, halbuki bir neçə il əvvəl yubileyi idi”.

Daha bir xatırlatma: Xalq şairi Rəsul Rzanın Ev-muzeyi Prezident İlham Əliyevin 23 iyun 2022-ci il tarixli Sərəncamına əsasən yaradılıb. 

Yəni ev-muzeyinin yaradılma tarixi elə də köhnə deyil. Nə tez təmirə ehtiyac yarandı?

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!