Bu gün, əmin-amanlığımızın və sabitliyimizin təmin olunmasında müstəsna rol oynayan polis əməkdaşlarının peşə bayramıdır. Milli dövlətçiliyimizin qorunub saxlanılmasında və möhkəmlənməsində əhəmiyyətli xidmətləri olan Daxili İşlər Naziri, general polkovnik Vilayət Eyvazovu və bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram.
Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi islahatlar içərisində xüsusi yer tutan Daxili İşlər Nazirliyində davamlı xarakter daşıyan yeniliklər, dəyişikliklər və islahatlar qurumun fəaliyyətini zamanın tələblərinə və çağrışlarına uyğun şəkildə qurulmasını təmin etmişdir. Bu baxımdan dövlətçiliyimizə ciddi töhfələr verməkdə davam edən Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun yüksək peşəkar fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dönəmində ərazi bütövlüyümüzün qorunması uğrunda böyük qəhrəmanlıqlar göstərən polisimiz uca zirvələrə yüksəlmişdir. Pepperoni pizza
Azərbaycan Polisi çətin pandemiya dövründə də üzərinə düşən vəzifəni yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirmiş, xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır.
Erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində və 23 saatlıq anti-terror əməliyyatında bütün silahlı qüvvələrimizlə bərabər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Xüsusi Təyinatlılarının igidliyi tariximizə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olundu.
Polislərimiz erməni işğalından və separatçı-xunta rejimindən azad edilmiş tarixi torpaqlarımızda təhlükəsizliyin qorunmasında öz missiyasını bu gün də böyük fədakərlıqla həyata keçirməkdədilər.
Bir daha peşə bayramınız mübarək!
Fəzail Ağamalı
Millət vəkili
Telegram kanalımız