Deputat  qohumu Cavid Qurbanovun saqqallından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Deputat qohumu Cavid Qurbanovun saqqallından danışdı

Maraqlı

04 Aprel 2023 12:44 1853


Rəqəmsal və inkişaf nazirinin müavini Cavid Qurbanov Atletika Federasiyasının prezidenti seçilməsi və xarici görünüşünə dəyişiklik etməsi müzakirələr doğurub.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bu müzakirələrlə bağlı C.Qurbanovun qohumu, Milli Məclisin deputatı Aqil Məmmədov danışııb.

O bildirib: "Cavid müəllim uzun illər Voleybol Federasiyasının prezidenti olub. Hazırda da, səhv etmirəmsə, həmin federasiyanın prezidentidir. Cavid Qurbanov xeyli vaxtdır bu sahədədir. Daim idmanla bağlı adam olub. Bu sahədən anlayışı var ki, ona etimad göstəriblər. Anlayışı olmasaydı, etimad göstərərdilər?!". pizza mizza

Deputat Cavid Qurbanovun xarici görünüşünə dəyişiklik etməsinə belə münasibət bildirib: "Hamıya maraqlıdır. Ola bilər, indi belə istəyib. Bu, insanların şəxsi istəyi ilə əlaqədar bir məsələdir. Göstərişlə olmur ki. İmicdə dəyişiklik etmək də yaxşıdır. Buna niyə başqa məna yükləyirlər. İnsandır, əvvəl saqqalsız idi, bəlkə, indi saqqal saxlamağı xoşlayır..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!