Deputat Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət etdi

Siyasət

04 Sentyabr 2020 14:28 2021


Deputat Qüdrət Həsənquliyev Müsavat fəalı, Qarabağ qazisi Tofiq Yaqublu ilə bağlı ölkə başçısına müraciət edib. 

Yenisabah.az xəbər verir ki, deputat Modertaor.az-a müsahibəsində Prezidenti Müsavat fəalını əfv etməyə çağırıb.  

“Mən Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm  ki, Tofiq Yaqublunun ailəsinin  çox acılar yaşamasını  və onun  torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul etsin.  pizza

Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm  Prezidentin belə qərarı olarsa xalqımız da bunu alqışlayardı”, - deyə Qüdrət Həsənquliyev bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!