Deputat üzv olduğu partiyadan xaric edildi

saytların hazırlanması

Evə çatdırılma

Deputat üzv olduğu partiyadan xaric edildi

Siyasət

13 Oktyabr 2025 12:54 2214


Deputat Elçin Mirzəbəyli uzun illərdən bəri üzv olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasından xaric edilib.

“Yeni Sabah” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul olunub.

Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev xəbəri təsdiqləyib. Marqarita pizza

“Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”.

Xatırladaq ki, şair-publisist Elçin Mirzəbəyli 2000-ci ilin əvvəllərində müxalif Vətəndaş Həmrəyliyi Partiyasından istefa verib o zaman iki hissəyə bölünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi qanadına keçib. Partiya daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, daha sonra isə Ədalət, Hüquq və Demokratiya Partiyası adlanıb. 

E.Mirzəbəyli təşkilatda siyasi məsələlər üzrə sədr müavini postunu tuturdu. Eyni zamanda, bir müddət “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub. 

2024-cü ildə partiya üzvü kimi 90 saylı Ağsu Seçki Dairəsindən Milli Məclisə deputat seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vazeh
    İxtisasına görə aktyordu. Gedib öz ixtisası ilə məşğul olsun da. Deyəsən, bu da yeri səhv düşənlərdəndi.
    7 months ago