Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı - Video

Sosial

11 Aprel 2020 14:13 754


Ölkəmizdə koronavirus infeksiyasının yayılması, xüsusi karantin rejiminin tətbiq edilməsi bank krediti olan vətəndaşları daha çox düşündürür. Lakin banklar tərəfindən bu istiqamətdə hələlik heç bir addım atılmayıb. 

Yenisabah.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə Baku TV-yə bildirib ki, banklar mütləq şəkildə müştərilərinə güzəştə getməlidir:

"Heç kim sabah nə olacağını, vəziyyətin nə zaman normallaşacağını bilmir və belə vəziyyətdə bankların öz müştəriləri ilə əvvəlki kimi davranması, borclarını vaxtında ödəmələrini tələb etməsi doğru deyil”.  Dördpendirli pizza

Deputat onu da qeyd edib ki, ölkədə özəl banklar üstünlük təşkil etsə də, bu addım bütün banklar tərəfindən eyni zamanda atılmalıdır:

"Azərbaycanda indiki vəziyyətdə elə insanlar və iş yerləri var ki, işləyir, maaşın bir hissəsi ödənilir. Belə halda vətəndaşlar az miqdarda ödəniş edə bilir. Kredit ödənilməsə, müştəri "qara siyahı”ya düşür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!