Deputat: “XİN-də Azərbaycan dilini bilən yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “XİN-də Azərbaycan dilini bilən yoxdur“

Maraqlı

24 Yanvar 2023 15:56 839


Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır: Dominos pizza

“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilənin də yaddan çıxarıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!