Deputata görə Milli Məclisə və nazirliyə müraciət olundu

saytların hazırlanması

Evə çatdırılma

Deputata görə Milli Məclisə və nazirliyə müraciət olundu

Siyasət

17 Oktyabr 2025 15:32 505


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası deputat Elçin Mirzəbəyli ilə bağlı Milli Məclis və Maliyyə Nazirliyinə müraciət edib.

Bunu “Yeni Sabah”a açıqlamasında ƏHD-in Baş katibi Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, hər iki quruma E.Mirzəbəylinin partiyadan çıxarılması ilə bağlı məlumat təqdim olunub: pizza mizza

“Elçin Mirzəbəylinin Ədalət, Hüquq, Demokratiya Partiyasından xaric olunması ilə bağlı bütün dövlət qurumlarına partiyanın İdarə Heyətinin qərarını təqdim etmişik. Qanunvericiliyə müvafiq şəkildə Milli Məclisə və Maliyyə Nazirliyinə bu məsələ ilə bağlı məlumat verilib. Biz o adamı partiyadan xaric etmişik və bu faktor maliyyə məsələsinə də təsir göstərir”.

Baş katib söyləyib ki, hər iki qurumdan dövlət büdcəsindən ƏHD Partiyasına ayırılan vəsaitin yenidən hesablanmasını xahiş ediblər: “Təbii ki, bizə ayrılan vəsait azalacaq”.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə, dövlət büdcəsindən siyasi partiyalara vəsait ayrılır. Həmin pulun 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. 

2024-cü ildə keçirilən seçkilərdə ƏHD Partiyası iki mandat qazanmışdı. Hazırda partiyanı Milli Məclisdə sədr Qüdrət Həsənquliyev təmsil edir.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!