Deputatdan AYNA-ya sual: “Yığılan pullar hara gedir?”

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan AYNA-ya sual: “Yığılan pullar hara gedir?”

Siyasət

05 Sentyabr 2025 14:44 1017


“Bu sualı mən AYNA-ya vermək istəyərdim, yığılan pullar hara gedir, hara xərclənir? İnsanların bunu bilməsinin heç bir ziyanı yoxdur, əksinə, biləndə insanlar daha həvəslə ödəniş edirlər, xidmət gözləyirlər. Hesab edirəm ki, AYNA bu barədə ictimaiyyətə bir dəfə yox, davamlı məlumatlar verməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat eyni zamanda şəhərimizdə tramvay görmək istədiyini qeyd edib:

“Velosiped zolaqları Bakını daha cəlbedici, müasir görünməsi, insanların velosipeddən istifadə etməklə sağlamlıqlarının qorunması üçün çox gözəl vasitədir. Bunu mən çox bəyənirəm.  pizza

Eyni zamanda gələcəkdə Bakıda tramvay xəttinin salınacağı bildirilir, bu da çox gözəl olardı. Tramvay tələbəlik illərimizdən xatirədir. Hazırda Avropanın bütün şəhərlərində tramvay xətləri var”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!