Deputatdan Azərbaycana qarşı ağlasığmaz iddia: Moskva nə deyəcək?

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan Azərbaycana qarşı ağlasığmaz iddia: Moskva nə deyəcək?

Dünya

28 Fevral 2025 14:43 629


Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin növbəti dəfə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edib.

Yenisabah.az xəbər verir ki, Zatulin Azərbaycan dövlətinin siyasətini təhrif edərək, qərəzli və reallıqdan uzaq iddialar irəli sürüb.

O, hesab edir ki, qondarma rejimin keçmiş nümayəndələrinin məhkəmə prosesi qanunsuz fəaliyyətdir: Sezar pizza

“Hesab edirəm ki, məhkəmə prosesi onlara qarşı şəxsi qisas aktıdır. Bu, Qarabağın erməni əhalisi üzərində qələbə qeyd etmək mahiyyəti daşıyır. Proses bütövlükdə tarixin saxtalaşdırılmasıdır”.

Qarabağın erməni əhalisi könüllü surətdə oranı tərk edib və bunu göstərən faktlar mövcuddur. Ermənilərin özü də yaxşı anlayır ki, Zatulinin bu çıxışlarının məqsədi Azərbaycan-Ermənistan arasında əldə olunacaq razılaşmaya, sülh prosesinə zərər gətirməkdir. 

Deputatın bu açıqlamaları onun uzun müddətdir davam etdirdiyi qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. O, Azərbaycanın suveren hüquqlarını şübhə altına alan, regionda gərginliyi artırmağa yönəlmiş bəyanatları ilə tanınır.

Ekspertlər hesab edirlər ki, Zatulinin bu mövqeyi şəxsi maraqlardan və müəyyən dairələrin təsirindən qaynaqlanır. Rusiyalı siyasətçinin zaman-zaman ermənipərəst mövqe sərgilədiyi və regional sabitliyə qarşı çıxışlar etdiyi məlumdur.

Azərbaycan tərəfi dəfələrlə belə iddiaların əsassız olduğunu vurğulayıb və ölkənin beynəlxalq hüquq çərçivəsində siyasət apardığını bildirib. Analitiklər hesab edirlər ki, bu cür bəyanatlar Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər və təxribat xarakteri daşıyır.

Zatulinin açıqlamalarına rəsmi Moskvanın necə reaksiya verəcəyi isə hələlik bəlli deyil.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!