Deputatdan Bəxtiyar Vahabzadənin oğluna ağır sözlər: “Bu səfeh futuroloq, yaramaz...”

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan Bəxtiyar Vahabzadənin oğluna ağır sözlər: “Bu səfeh futuroloq, yaramaz...”

Siyasət

09 Sentyabr 2020 22:17 5231


"Azərbaycanda diplomatların təyinatında müəyyən səhvlər olub. Buraxılan ciddi səhvlərdən biri də Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə ilə bağlıdır. Onun bir intervüsünə baxdım. Xəcalət çəkdim ki, görün bizi xaricdə kim təmsil edirmiş".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Etibar Əliyev deyib.

E.Əliyev qeyd edib ki, İ.Vahabzadə erməni işğalına futuroloqluq edir: "Qorxudur bizi. Və görün nə deyir: "4-cü nəsil yetişir. 4-cü nəsil bilmir ki, onları hansı problem qarşılayacaq. Qarşıda Naxçıvan və Gəncə problemi var. 5-ci nəsil artıq 2025-ci ildən sonrakı nəsil, ermənilər Şamaxıya qədər gəlib çıxasıdırlar." Bu səfeh futuroloq görün nəyi təlqin edir. Biz torpaqlarımızın işğaldan azad olunması naminə gənclərdə ruh yüksəkliyi yaratmağa çalışırıq. Bu yaramaz isə Şamaxının işğalının proqnozunu verir. Verilişdən hiss olunurdu ki, adamın psixi durumu da yerində deyil. Danışdıqları cəfəngiyyatdır. Bunun çoxillik diplomatik fəaliyyəti işlədiyi dövrlərdə niyə izlənməyib? Belələri elə bilir ki, bu dövlətin onlara əbədi borcu var. İnternet televiziyalar belələrini dövlətin və xalqın əleyhinə danışdırmaqla nə qazanırlar…" pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!