Deputatdan etiraz: “Ola bilər, 50 qəpik Anar Rzayevin özü üçün azdır”

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan etiraz: “Ola bilər, 50 qəpik Anar Rzayevin özü üçün azdır”

Sosial

26 Sentyabr 2025 11:42 317


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin “Daşıyıcıların xərcləri 50 qəpikdən çox yüksəkdir” fikirləri ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə müzakirələri yenidən gündəmə gətirib. Sədrin açıqlamasının ictimai fikri yoxlamaq üçün ortaya atıldığını deyənlər yaxın aylarda gedişhaqlarının 1 manata qədər artırılacağını iddia edirlər.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas A.Rzayevin çıxışına etiraz edib:

“Gediş haqlarını qaldırmaq düzgün deyil. Bu qərarı qəbul edərkən camaatın maaşına, ailə şəraitinə də fikir vermək lazımdır. Ola bilər, 50 qəpik Anar Rzayevin özü üçün azdır. Amma millət üçün az deyil axı. Gediş haqqını 1 manat etsəniz, onda belə çıxır ki, əvvəl taksi 1 manata aparırdı, indi avtobus aparacaq?! Belə şey olar?! Əlbəttə ki, yox. Heç xoş söz deyil”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ,RAHİM
    DƏRƏBƏYLİYİN HÖKM SÜRDÜYÜ ÖLKƏDƏ MƏMUR ÖZBAŞINALIĞI PİK HƏDDƏ ÇATIB. ANAR DA BİZİM KİMİ 300- 400 MANATLA YAŞASAYDI BELƏ DEMƏZDİ.
    8 months ago