“Polis orqanlarına müraciət edirəm ki, saxlanılan vətəndaşlara qarşı qanun çərçivəsində maksimum mərhəmət göstərilsin. Vətəndaşların karantində olmasını, vəziyyəti nəzərə almaları gərəkdir”.
Yenisabah.az xəbər verir ki, bu sözlər deputat Nigar Arpadaraiyə məxsusdur.
Deputat bildirib ki, son 3 ay hər kəs üçün çətin olub. Pepperoni pizza
“Həm öndə olan polis əməkdaşlarımız , həm caamaat artıq yorulub. Son 3 ayda polis və daxili qoşunlarımız çox gözəl iş görüblər, səbrlə, təmkinlə üzərlərinə düşən məsuliyyəti həyata keçiriblər. Amma karantinin bu qədər uzanmasını heç kim gözləmirdi. Ona görə hamının əsəbləri artıq tarıma çəkilib. Yasamalda vətəndaşlarla polis əməkdaşları arasında baş verənlər bunun nəticəsi və göstəricisidir”, - deyə o vurğulayıb.
Telegram kanalımız