“Deputatın belə deməsi...” – MTRŞ-dan “3D” verilişi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Deputatın belə deməsi...” – MTRŞ-dan “3D” verilişi ilə bağlı açıqlama

Sosial

11 Oktyabr 2019 13:18 1853


Bir neçə gün əvvəl yayımlanmağa başlayan İctimai Televiziyanın (İTV) “3D” layihəsi səs-küyə səbəb olub. Sözügedən verilişdən gələn təklifi qəbul etməyən deputatların bu hərəkəti də etirazla qarşılanıb. 

Belə ki, Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Televiziyada (İTV) yayımlanan “3D” verilişinə qatılmaqdan imtina edib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev bu verilişdən dəvət aldığını və qəbul etməyini bildirmişdi. “Bir həftə əvvəl İctimai televiziyadan mənə zəng olunaraq, robotun aparıcılıq etdiyi verilişə dəvət etmişdilər. Ancaq mən bu dəvətdən imtina etdim. Hesab edirəm ki, deputat Fəzail Ağamalı da bu verilişə getməməklə çox düzgün edib. Axı mənim robot olan verilişdə nə işim var?! Sən kimsən axı, eybəcər köpəyin… Sən kimsən ki, mən sənin çağırışına gəlim?” – deyə Ə. Abıyev hətta “3D” verilişinin aparıcısı olan “Dadaş Dadaşlinski”ni də təhqir edib.

Mövzu ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf  Hacıyevlə əlaqə saxladıq. “Yeni Sabah”a danışan A. Hacıyev İTV-nin 3D layihəsini yüksək qiymətlədirdiyini deyib: Toyuqlu pizza

“Mən inanırsız, indicə həmin verilişə baxıram, Mais Ağayevin dəvət olunduğu buraxılışa. Açığı, mənim çox xoşuma gəlir. Bununla bağlı İTV-nin rəhbərliyi ilə də danışmışam ki, layihə çox yaxşıdır. İTV burada öz sözünü deyir. Həqiqətən, təqdirəlayiq layihədir”.

Aparat rəhbəri bəzi siyasi xadimlərin bu verilişə çıxmaqdan imtina etməsi ilə bağlı bu sözləri deyib:

“Mən  bilmirəm, niyə qatılmırlar. Ola bilər, bu onların gərgin iş rejimi  ilə bağlı olsun və ya başqa bir səbəbdən”. 

O, Fəzail Ağamalının “mən kukla ilə üzbəüz oturub, ona müsahibə vermək istəmirəm” özlərinə belə reaksiya verib:

“Onun belə deməsi öz fikridir. Necə onun əvəzinə nə isə deyim?  Hər halda dəvət olunduğun yerə getmək lazımdır. Amma hər bir halda insan özü gərək razılığını versin”.

A.Hacıyev “Maşın” şounun cəmiyyətə mənfi fikirlər aşılaması fikirlərinə münasibət bildirməyib:

“Televiziya və Radio Şurasına bu verilişin heç bir dəxli yoxdur. MTRŞ kanalların yaradıcılıq işinə qarışmır. Bu baxımdan mən verilişlə bağlı mənfi heç bir söz deyə bilmərəm. Əgər həmin verilişdə qanun pozuntusu olarsa, o halda MTRŞ öz sözünü deyir”. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!