Deputatın partiyadan çıxarılması barədə yeni açıqlama:   “Özü istəmişdi”

saytların hazırlanması

Evə çatdırılma

Deputatın partiyadan çıxarılması barədə yeni açıqlama: “Özü istəmişdi”

Siyasət

14 Oktyabr 2025 14:56 781


“Deputat Elçin Mirzəbəylinin partiya sıralarından xaric olunması ilə bağlı qərar özünün istəyi ilə qəbul edilib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Mətbuat xidmətinin rəhbəri Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, təşkilatın İdarə Heyəti bu addımı E.Mirzəbəylinin müstəqil siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq atıb: Dördpendirli pizza

“Elçin Mirzəbəylinin partiyadan xaric olunması ilə bağlı qərar İdarə Heyətində verilib. Orada qərara alınıb ki, Elçin Mirzəbəylinin özünün istəyinə uyğuna olaraq, yəni müstəqil siyasi analitika ilə məşğul olmaq arzusunu nəzərə alaraq, partiya sıralarından xaric olunsun. Burada hər şey konkret və aydındır”.

Xatırladaq ki, şair-publisist Elçin Mirzəbəyli 2000-ci ilin əvvəllərindən müxalif Vətəndaş Həmrəyliyi Partiyasından istefa verib o zaman iki hissəyə bölünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi qanadına keçib. Partiya daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, daha sonra isə Ədalət, Hüquq və Demokratiya Partiyası adlanıb.

E.Mirzəbəyli təşkilatda siyasi məsələlər üzrə sədr müavini postunu tuturdu. Eyni zamanda, bir müddət “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub. O, 2024-cü ildə partiya üzvü kimi 90 saylı Ağsu seçki dairəsindən Milli Məclisə deputat seçilib.  

E.Mirzəbəyli oktyabrın 13-də ƏHD Partiyasından çıxarılıb.

O, barəsində verilən qərarı mətbuatdan oxuduğunu, partiyadan çıxmaqla bağlı müraciət etmədiyini bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!