Deputatlardan banklara çağırış: “Nağdlaşdırma faizsiz olsun“

saytların hazırlanması

Evə çatdırılma

Deputatlardan banklara çağırış: “Nağdlaşdırma faizsiz olsun“

Siyasət

01 Aprel 2020 20:57 754


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları banklara çağırış edib. 

Yenisabah.az xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin online iclası zamanı komitə üzvləri ölkədə fəaliyyət göstərən banklara çağırış edib. 

Millət vəkili Elnur Allahverdiyev bildirib ki, komitə üzvləri banklara pandemiya şəraitində təqaüdçülərə təqaüdlərin verilməsi ilə bağlı çağırış ünvanlayıblar: Pepperoni pizza

“Təqaüdlərin verilməsi zamanıdır. Pandemiya şəraitində təqaüdçülərimizə dəstək olun. Yaşlı vətəndaşlarımızın təqaüdlərini almalarını asanlaşdırın. Təqaüdlərin ödənilməsi prosesinə bütün banklar qoşulsun və təqaüdçülər üçün nağdlaşdırma faizsiz olsun. Həmrəyliyimiz naminə bir-birimizə dəstək olaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!