Milli Məclisin deputatları gələn ay tətilə çıxacaqlar.
Yenisabah.az xəbər verir ki, onların tətil müddəti iyulun 15-dən avqustun 30-dəkdir.
Parlamentin daxili nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. pizza
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatsa da, bu ay növbədənkənar sessiya keçiriləcək.
Telegram kanalımız