Deputatlar gələn həftə tətilə çıxır

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar gələn həftə tətilə çıxır

Sosial

09 İyul 2025 10:55 138


Milli Məclisin növbədənkənar sessiyası iyulun 14-də başa çatacaq. İclasdan sonra deputatlar iyulun 15-dən avqustun 30-dək yay tətilinə çıxacaqlar və bu müddətdə məzuniyyətdə sayılırlar.

Yenisabah.az xəbər verir ki, qanunvericiliyə əsasən, parlament ildə iki dəfə – yanvarın 1-dən 15-dək və iyulun 15-dən avqustun 30-dək istirahətə buraxılır. Milli Məclis ildə iki sessiyada – yaz və payız sessiyalarında fəaliyyət göstərir. Yaz sessiyası fevralın 1-dən mayın 31-dək, payız sessiyası isə sentyabrın 30-dan dekabrın 30-dək keçirilir.

Əgər sessiyanın ilk günü qeyri-iş gününə düşərsə, iclaslar ilk iş günündə başlayır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!