Deputatlar tətildən nə vaxt qayıdır?

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar tətildən nə vaxt qayıdır?

Siyasət

07 Yanvar 2025 14:34 348


Gələn həftə Milli Məclisin deputatları tətildən qayıdacaq.

Yenisabah.az xəbər verir ki, səlahiyyəti dövründə Milli Məclis ildə 2 dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. pizza mizza

Bundan başqa, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!