Deputatlar və icra başçısı kənddə futbol izlədi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar və icra başçısı kənddə futbol izlədi - Fotolar

İdman

10 Sentyabr 2020 18:33 1025


AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

AFFA-dan Yenisabah.az-a verilən məlumata görə, bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 

Layihə çərçivəsində rayonun Hacıhətəmli və Mollaisaqlı kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib. Dominos pizza

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, onun deputat həmkarı Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nihat Bağırov və digər rəsmi şəxslər iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!