Deputatlar yenidən tətilə çıxdılar

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar yenidən tətilə çıxdılar

Siyasət

07 Avqust 2020 12:16 661


Azərbaycan parlamentinin deputatları yenidən məzuniyyətə gediblər.

Yenisabah.az xəbər verir ki, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətdə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Pepperoni pizza

Qeyd edək ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb etmişdi. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalamışdı.

Bununla da qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı.

Növbədənkənar sessiya isə bu gün bitdiyindən deputatlar yenidən məzuniyyətə çıxıblar.

Qeyd edək ki, Milli Məclisin deputatları iyulun 15-də məzuniyyətə çıxmışdılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!