Deputatlar yumruq davasına çıxdılar - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar yumruq davasına çıxdılar - VİDEO

Dünya

05 Dekabr 2020 08:32 1210


Ukraynanın Odessa vilayət şurasında deputatlar arasında kütləvi dava olub. 

REN TV xəbər verir ki, ondan çox deputatın qatıldığı dava səbəbindən ilk sessiya baş tutmayıb. 

Davaya səbəb kimi müxalifət partiyalarının tələbi göstərilib. Onlar “Gələcək üçün” partiyasından olan 9 deputatın qeydiyyata alınmasını tələb ediblər ki, bununla tribunada çoxluğu ələ almaq və vilayət şurasının sədri kimi öz nümayəndələrini seçmək istəyiblər. Bu, digər deputatların xoşuna gəlməyib. Nəticədə mübahisə düşüb.  Dominos pizza

Qısa zamanda mübahisə yumruq davasına çevrilib. 

Dava zamanı şuranın binasına zərər dəyib, stol və kreslolar sındırılıb. Deputatlardan biri xəsarət alaraq, tibbi yardım üçün xəstəxanaya müraciət edib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!