Azərbaycan deputatlarının ABŞ-da səsləndirdikləri fikirlər gündəm yaradıb.
“Yeni Sabah” xəbər verir ki, deputatların açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Səməd Seyidov və Asim Mollazadə ilk dəfə deyil ki, birlikdə ABŞ-a səfər edib maraqlı açıqlamalar verirlər. Budəfəki səfərlərində isə diqqət daha çox onların Azərbaycandakı islahalatlara və köhnə sovet kadrlarının idarəetmədən uzaqlaşdırılması məsələsinə yönəldi: “Əlbəttə bu əhəmiyyətlidir. Ancaq məni deputatlarımızın başqa fikri də diqqətimi cəlb edib”.
E. Çahinoğlu qeyd edir ki, deputatlarımız Azərbaycana qarşı geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini bildiriblər. “Azərbaycana qarşı geosiyasi təzyiq” dedikdə isə söhbətin əsasən Rusiyadan getdiyini müəyyənləşdirmək olar: “Asim Mollazadəninin Rusiyanın regional siyasətinə həmişə tənqidi münasibəti olub. Ancaq Səməd Seyidov parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Əgər o da Azərbaycana qarşı şimaldan geosiyasi təzyiqdən danışırsa demək bu tək onun fikri deyil. Xatirimdədir ki, Səməd Seyiov və Asim Mollazadə Amerikaya birgə səfərlərin birində Azərbaycana təhlükənin şimaldan və cənubdan gəldiyini deyərək Azərbaycanın ABŞ ilə yaxın olmaq cəhdlərinə görə "sendviç kimi" əzdiklərini vurğulamışdılar”. Dominos pizza
Politoloq bildirib ki, Səməd Seyidovun Amerikadakı tədbirdə dediyi sonuncü cümlə də maraqlıdır: “Azərbaycan milli maraqlarının ABŞ-da yüksək səviyyədə əks etdiriləcəyinə əminəm”.
Telegram kanalımız