Deputatların koronavirus testinin nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Deputatların koronavirus testinin nəticələri açıqlandı

Siyasət

28 Mart 2020 10:11 1081


Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

Yenisabah.az bildirir ki, bu barədə Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb. pizza hut

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar. /Oxu.az

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!