Deputatlığa namizəd olan bu iki şəxsin iş yerləri diqqət çəkir -   Biri sabiq nazirin oğludur

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizəd olan bu iki şəxsin iş yerləri diqqət çəkir - Biri sabiq nazirin oğludur

Siyasət

11 Yanvar 2020 12:46 1808


Bu ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin siyahısı açıqlanıb.

"Yeni Sabah" seçki dairələri üzrə siyahıya nəzər yetirib.

Siyahıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşının da adı var. pizza mizza

DTX-nin deputatlığa namizəd olan işçisi Rəşad Camalovdur. O, ixtisasca hüquqşünasdır.

R.Camalovun namizədliyi 46 saylı Şirvan seçki dairəsi tərəfindən qeydə alınıb.

R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.

Güc strukturlarından Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşı Jalə Əhmədova da deputat olmaq istəyən şəxslər siyahısındadır.

1981-ci il təvəllüdlü J.Əhmədova ixtisasca hüquqşünasdır. Namizədliyi 59 saylı Salyan Seçki Dairəsi tərəfindən qeydə alınıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!